close
close
17-02-2021

Payızlıq taxıllarda yemləmə gübrəsinin verilməsi

Təsərrüfatlarımızda payızlıq taxılların becərilməsi, onlardan yüksək, keyfiyyətli məhsul əldə edilməsi üçün ən vacib aqrotexniki tədbirlərdən biri də mineral gübrələrin tətbiqidir. Sahələrdəki gübrələmə sistemi sələflərdən və torpaqdakı qida maddələrindən asılı olaraq tətbiq edilməli və azota təlabat bütün vegetasiya müddətində ödənilməlidir.

Artıq təsərrüfatlarımızda payızlıq taxılların azot gübrəsi ilə yemləmə şəklində verilməsi prosesi gedir. Gübrələnmənin keyfiyyətlə və vaxtında aparılması olduqca əhəmiyyətlidir.

Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtaya və quraqlığa davamlılığını artırır. Gübrələnmənin gecikməsi həmin sahələrdə bitkilərin inkişafı zəiflədir, belə sahələrdə azot gübrəsi sonradan normaya uyğun tətbiq edilsə belə, bu bitkilərin güclü və mərhələli inkişafını təmin etmir və gələcəkdə onların məhsuldarlıq göstəricilərinə öz mənfi təsirini göstərir.

Fevral ayının birinci ongünlüyündən başlayaraq karbamid gübrəsi birinci yemlənmə şəklində tətbiq edilir.

Əməkdaşlarımız sahədə gübrələrin keyfiyyətlə və bərabər şəkildə paylanmasına nail omaq üçün yoxlamalar aparır, tələb olunduğu halda müəyyən düzəlişlər həyata keçirirlər.

#Azərşəkər #Azərbaycan #Azersugar #aqrolab #KəndTəsərrüfatı #Azersheker #agrolab #agrolabazerbaijan #azerseker

listFoto qalereya