Xidmət sahəsi: Kənd təsərrüfatı proseslərinin idarə edilməsi.
Bizim öhdəliklərimiz: “AZƏRŞƏKƏR” MMC yüksək səviyyədə performansa nail olmaq üçün bütün qanunlara, standartlara, müştərilərin ehtiyaclarına, gözləntilərinə və müvafiq tələblərinə riayət etməyə borcludur. Bütün proseslər ISO 9001:2015 beynəlxalq standartına cavab verən sənədləşdirilmiş Keyfiyyət İdarəetmə Sistemi əsasında strukturlaşdırılmışdır. Aşağıda göstərilən prinsip və metodları fəaliyyətimizə tətbiq etməyi öhdəliyimizə götürürük:
Müştəri yönümlülük: Müştəri tələbatlarına sürətli və effektiv cavab verərək müştəri məmmnuniyyətini artırmaq.
Qanuni tələblər: Biznes sahəmizə aid olan, dövlət orqanları tərəfindən müəyyən edilmiş rəsmi qanunlara riayət etmək.
Davamlı inkişaf: İş proseslərini müvafiq performans göstəricilər və müştəri irad və təklifləri əsasında davamlı təkmilləşdirmək.
Məqsəd və hədəflər: İş proseslərimizi təkmilləşdirmək üçün effektivliklə əlaqələndirilmiş hədəflər qoyaraq personal biliklərini tədrislərlə daim inkişaf etdirmək.
Resurslar: Planlaşdırılmış məqsədlərə və hədəflərə nail olmaq üçün şirkətin rəhbərliyi tərəfindən maliyyə, informasiya və digər zəruri bütün resursları təmin etmək.
Maraqlı tərəflər: Keyfiyyəti artırmaq üçün müştərilərimizlə, təchizatçılarımızla və digər tərəflərlə qarşılıqlı əlaqələri inkişaf etdirmək və səmərəliliyi yüksəltmək.
Xarici və daxili məsələlər: Daim təşkilatın məqsədinə və strateji istiqamətinə təsir göstərə biləcək məsələləri nəzərə almaq.
Risklərin idarə olunması: Risk əsaslı idarəetməni təmin etmək və yüksək keyfiyyət standartları ilə təhlükəsiz fəaliyyət üçün bütün nəzarət tədbirlərini tətbiq etmək.
Məsuliyyət: Uyğunsuzluqların qarşısını almaq, müştərilərin və digər maraqlı tərəflərin gözləntilərinə cavab vermək və müqavilə tələblərinə düzgün riayət etmək üçün bütün tədbirləri yerinə yetirmək.
Kommunikasiya: Hər zaman işçiləri Keyfiyyət Siyasətinin tələbləri barədə məlumatlandırmaq.