Keyfiyyətli toxum bol məhsul üçün əsas şərtlərdəndir
Əkin öncəsi təsərrüfatın torpaq və iqlim şəraitinə uyğun toxum seçimi və keyfiyyət göstəricilərinin yüksək olması məhsuldarlığın əsasını təşkil edir. Əkindən əvvəl toxumdan nümunə götürülərək laboratoriya şəraitində yoxlanması tələb olunur. Belə ki, toxumun təmizliyi, cücərmə faizi və enerjisinin müəyyən olunması, səpin üçün yararlılığının təyin edilməsi üçün olduqca vacibdir. Bunlarla yanaşı həm də toxumların fitoekspertizasının aparılması, xəstəlik törədicilərinin və zərərvericilərin müəyyənləşdirilməsi vaxtında qabaqlayıcı tədbirlər almağa, torpaqlarınızı xəstəlik və zərərvericilərdən mühafizə etməyə imkan yaradır.
Şəkər çuğundurunda iyul ayında diqqət edilməsi vacib olan xəstəlik - SERKOSPORA
Siderat kimi Xardal bitkisindən istifadə
Payızlıq taxıllarda yemləmə gübrəsinin verilməsi
Torpaq nümunəsi necə götürülməlidir?
Qarğıdalı sahələrini ziyanvericilərdən necə xilas etmək olar?