close
close
Xəbərlər

Ölkəmizdə ilk dəfə əkilən xüsusi sort pivəlik arpa istehsal üçün yola salındı

Xatırladaq ki, 2019-cu ildə pivə istehsalı üçün xammalın lokalizasiyası məqsədilə Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri tərəfindən Azərbaycanda pivəlik arpa becərilməsi üzrə pilot layihəyə start verilib. Pivə istehsalı üçün ilk yerli arpa məhsulunun nümunələri Carlsberg Group-un yerli və regional laboratoriyalarında sınaqdan keçirilib və layihənin daha da genişləndirilməsinə imkan yaradıb.

2020-ci il noyabrında AzərŞəkər və Carlsberg Azerbaijan şirkətləri arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ölkəmizdə ilk dəfə pivəlik arpa əkini həyata keçirilib. 70 hektardan çox sahədə becərilən məhsulun biçin prosesi başa çatdıqdan sonra istehsal üçün yola salınıb.

#Azərşəkər #Azərbaycan #Azersugar #aqrolab #KəndTəsərrüfatı #Azersheker #agrolab #agrolabazerbaijan #azerseker #CarlsbergAzerbaijan #Carlsberg

listFoto qalereya