close
close
Xəbərlər

Media nümayəndələri Şəmkir rayonunda yerləşən təsərrüfatımızda olublar

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən aqroparklara mediatur təşkil edilib.

İlk olaraq media mənsubları “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkda görülmüş işlərlə tanış olublar.

Məlumat verilib ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Ərazidə taxıl, şəkər çuğunduru, dən qarğıdalısı və soya əkilib. İnvestisiya dəyəri 13,4 mln. manat olan aqroparkda daimi olaraq 71, mövsümi 30 nəfər insan işlə təmin edilib. Aqroparkda hazırda taxıl yığımı davam edir.

AzərŞəkər MMC - 2017-ci ildə təsis edilmişdir, ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cari əkin mövsümündə Şəmkir və Yevlax rayonlarında müasir suvarma təminatlı təsərrüfatlarımızda 4000 hektar sahədə, ümumilikdə isə 4751 hektar sahədə taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2022-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam rayonlarında, toplam 4654 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 65 milyon manata yaxın vəsait yatıracaqdır. Hal-hazırda şirkətdə 280 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır. 2019-cu ildən şirkətin nəzdində “AgroLab” müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sumqayıt Kimya Sənaye Parkı Oxu.az Marja Report İkisahil Fed.az Cəbhə.info Diaspor.info

listFoto qalereya