close
close
09-04-2024

Çuğundur sahələrində alaq otlarına qarşı herbisid səpini

Şəkər çuğunduru üçün alaq otları ciddi rəqibdir, buna görə də müntəzəm olaraq alaqlarla mübarizə aparılmalıdır. Alaq otlarına qarşı mübarizə həm cücərmədən əvvəl, həm də cücərdikdən sonra aparılır. Herbisidlərin vaxtında tətbiqi olduqca əhəmiyyətlidir. Məsələn, ikinci-üçüncü həqiqi yarpaqların əmələ gəlməsi fazasını keçdikdən sonra alaq otlarına qarşı mübarizə effektivliyi kəskin şəkildə azalır.
Herbisidin doğrü müəyyən edilməsi, optimal çiləyici avadanlığın düzgün seçilməsi və sazlanması, tətbiq vaxtı və qaydalarına əməl olunması alaq otları ilə mübarizənin effektivliyinin artırılmasını təmin edir.
Alaq otlarına nəzarət edilmədikdə və ya çox gec nəzarət edildikdə məhsula 100%-ə qədər zərər verə bilər.
Şəkər çuğunduru alçaq boylu bitkidir və bir çox alaq otları şəkər çuğundurundan hündür olduğu üçün şəkər çuğunduru digər hündürboylu bitkilərə nisbətən alaq otları ilə rəqabətdə məhsul itirir.
Şəkər çuğundurunun becərilməsində tətbiq edilən bitki mühafizə vasitələrinin dəyərinin yüksək olması (dərmanlama sayının çox olması səbəbindən) pestisidlərin dəqiq tətbiqini zəruri edir.
Hədəfdən asılı olaraq təzyiq və həcm tənzimlənməsi tələb olunur. Birbaşa rəqabət nəticəsində alaq otlarından itkilər alaq otlarının səbəb ola biləcəyi problemlərin yalnız bir hissəsidir.
Həmçinin alaq otları mexanikləşdirilmiş məhsul yığımında problemlər yaradır, yığılmış məhsulun keyfiyyətini aşağı salır, gələcək alaq otlarının problemlərini artıran toxum istehsal edir, həşərat və xəstəliklər üçün ev sahibi bitki kimi çıxış edir, alaq otlarına qarşı mübarizə üçün vacib olan torpağın işlənməsi ehtiyacını artırır.