close
close

Aqronom fizioloq (Torpaqşünas)

Vəzifə öhdəlikləri:

Şirkət üzrə torpaq münbitliyi və bitki qidalanması strategiyasının hazırlanması və tətbiqi;
Torpaq nümunə götürmə sisteminin qurulması, analizlərin interpretasiyası və zonalaşdırması;
Münbitlik xəritələrinin hazırlanması və əsas torpaq göstəricilərinin monitorinqi;
Əsas bitkilər üzrə qidalanma konsepsiyaları və gübrələmə proqramlarının hazırlanması;
Qida normativlərinin hesablanması və vegetasiya dövründə korrektələrin edilməsi;
Yarpaq analizlərinə əsasən düzəliş planlarının hazırlanması;
Qida balansının formalaşdırılması, illik gübrə tələbatı və büdcənin planlaşdırılması;
Gübrə xərclərinin və proqramların iqtisadi səmərəliliyinin təhlili;
Səpin norması, vaxtı, sort seçimi və becərmə sistemləri üzrə elmi əsaslandırılmış tövsiyələr;
Bitkilərin inkişaf fazalarına uyğun becərmə və qidalanma planlarının hazırlanması;
Sahələrdə aqronomik diaqnostika və məhsuldarlıq nəticələrinin təhlili;
Regionlar üzrə məhsuldarlıq fərqlərinin analiz edilməsi;
Region və klaster təsərrüfatlarına mütəmadi səfərlər;
Aqrotexniki əməliyyatların düzgün icrasına nəzarət;
Region aqronomlarına metodiki və operativ dəstək;
Soil Health proqramlarının tətbiqi, üzvi maddənin artırılması;
Cover crop, yaşıl gübrə və minimal becərmə texnologiyalarının təşviqi;
GIS, rəqəmsal sistemlər və precision fertilization texnologiyalarının tətbiqi;
Yeni gübrə və qidalanma texnologiyalarının sınağı, elmi qurumlarla əməkdaşlıq.


Vəzifə tələbləri:

Ali təhsil (Aqronomiya, aqrokimya və ya torpaqşünaslıq üzrə);
Magistr və ya elmi dərəcə üstünlük hesab olunur;
Minimum 5 il aqrokimya və ya aqronomiya sahəsində təcrübə;
Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür;
Region aqronomu və ya baş aqronom kimi təcrübə arzuolunandır;
Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər;
Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər;
Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar;
Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər;
Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00)


Maraqlanan şəxslər öz CV formalarını "Aqronom fizioloq (Torpaqşünas)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı