close
close

İstehsalat şöbəsinin müdiri (Oğuz rayonu)

Vəzifə öhdəlikləri:

Hazır məhsulların keyfiyyətinin təmin edilməsi və hazır məhsulların plana uyğun olaraq istehsal edilməsinə cavabdeh olmaq;
Prosesin idarə edilməsi, optimallaşdırılması, sistemin düzgün işləməsini  təmin etmək;
İqtisadi cəhətdən texnoloji proseslərin əsaslandırılması, işlənib hazırlanılması, tətbiqi və məhsul buraxılışı rejimlərini işləyib hazırlamaq;
İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək; 
Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirməsinin hazırlanmasına nəzarət etmək; 
Yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində  iştirak etmək;
Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları aradan qaldırılması, qəza vəziyyətləri zamanı  görüləcək tədbirləri və onlara əməl olunmasına nəzarət etmək;
Texnoloji hesabatların aparılmasını təşkil etmək;
Digər bölmələrin rəhbərləri ilə birgə, istehsal proseslərini optimallaşdırmaq və büdcə çərçivəsində fəaliyyətlərin həyata keçirilməsi üçün yeni mütərəqqi texnologiyaların tətbiqi barədə rəhbərliyə təkliflər vermək;
İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
İstehsalat dayanmalarını analiz etmək, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsinə dair plan hazırlamaq;
Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək.

Vəzifə tələbləri:

Ali təhsil (Qida mühəndisliyi, Kimya mühəndisliyi, Aqrar mühəndislik, Texnoloji proseslər və ya əlaqəli ixtisaslar üzrə);
İstehsalat sahəsində minimum 3-5 il iş təcrübəsi;
Qida və ya aqrar emal müəssisəsində ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
Qarğıdalı və ya digər kənd təsərrüfatı məhsullarının emalı sahəsində təcrübəyə üstünlük verilir;
İstehsal proseslərinin qurulması, planlaşdırılması və optimallaşdırılması sahəsində praktiki bilik və bacarıq;
Texnoloji xətt və sənaye avadanlıqlarının iş prinsipləri barədə dərin bilik;
İstehsal gücünün artırılması, itkilərin azaldılması və xərclərin optimallaşdırılması üzrə təcrübə;
Keyfiyyət idarəetmə sistemləri (ISO, HACCP və s.) barədə məlumatlılıq və tətbiq təcrübəsi;
İstehsal planının hazırlanması, gündəlik və aylıq hesabatların tərtibi bacarığı;
Anbar, xammal və hazır məhsul dövriyyəsinə nəzarət təcrübəsi
Komandanın idarə olunması, motivasiya və performans qiymətləndirilməsi bacarığı;
Problemlərin operativ həlli və qərarvermə qabiliyyəti;
Yüksək məsuliyyətlilik, intizam və təşkilatçılıq qabiliyyəti;
Azərbaycan dili səlis, İngilis dili və rus dili yaxşı;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

Struktur: İstehsalat departamenti
Birbaşa tabe olduğu şəxs: İstehsalat departamentinin rəhbəri
İş yeri: Oğuz rayonu
İş qrafiki: 5 günlük iş həftəsi ( 09:00-18:00)

Maraqlanan şəxslər öz CV formalarını "İstehsalat şöbəsinin müdiri" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
 
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı