close
close

İnzibati işlər üzrə mütəxəssis

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

Cəmiyyətin bütün təsərrüfatları üzrə inzibati idarəetmə ehtiyaclarının sistemli şəkildə müəyyən edilməsi, məlumatların toplanması və təhlili əsasında optimallaşdırma tədbirlərinin planlanması və icrasının təmin edilməsi;
Təsərrüfatlar üzrə inzibati proseslərə (infrastruktur, maddi-texniki təminat, ümumi idarəetmə və əməliyyat dəstəyi və s.) daimi nəzarətin həyata keçirilməsi, risk və çatışmazlıqların operativ aşkarlanması və aradan qaldırılması üzrə tədbirlərin koordinasiyası;
İnzibati funksiyalara aid nəqliyyat vasitələrinin vahid uçot sisteminin aparılması, idarə olunması və sənədləşmə proseslərinin korporativ standartlara uyğun təşkil edilməsi;
Nəqliyyat vasitələrinin qeydiyyatı, texniki baxışı, icbari və könüllü sığorta sənədlərinin vaxtında yenilənməsi üzrə proseslərin planlanması, icrası və nəzarətdə saxlanılması;
Nəqliyyat vasitələrinin istismarı ilə bağlı daxili qayda və prosedurların tətbiqi, icra vəziyyətinin monitorinqi və pozuntular üzrə tədbirlərin görülməsi;
Yanacaq kartlarının effektiv idarə olunması, istifadə intizamına nəzarət, limitlərin planlanması və optimallaşdırılması, xərclər üzrə şəffaf hesabatlılığın təmin edilməsi;
İnzibati tələblərin vahid sistem üzərindən açılması, prioritetləşdirilməsi, icra prosesinin izlənməsi və normalara uyğun yerinə yetirilməsinə nəzarət;
Müvafiq struktur bölmələrlə (maliyyə, satınalma, texniki xidmət və s.) koordinasiyanın təmin edilməsi, inzibati məsələlərin operativ və səmərəli həlli üçün qarşılıqlı fəaliyyətin təşkili;
İnzibati fəaliyyətlər üzrə performans göstəricilərinin təhlili, xərclərin optimallaşdırılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə təşəbbüslərin irəli sürülməsi və icrası;
Rəhbərlik üçün inzibati fəaliyyətlər, avtopark idarəetməsi və yanacaq xərcləri üzrə dövri (həftəlik/aylıq) analitik hesabatların hazırlanması və təqdim edilməsi.


Vəzifə tələbləri:

Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür);
Minimum 1–3 il inzibati və ya ofis idarəçiliyi sahəsində iş təcrübəsi;
Güclü təşkilati və planlaşdırma bacarığı;
Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı;
Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis və rus dilləri yaxşı;
1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
Sürücülük vəsiqəsi.

Biz təklif edirik:

Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.


İş barədə məlumat:

Struktur: İR və İnzibati işlər departamenti
Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)

 

Maraqlanan şəxslər öz CV formalarını "İnzibati işlər üzrə mütəxəssis" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına göndərə bilərlər.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı