close
close

Baş energetik

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.


Vəzifə öhdəlikləri:

Müəssisə və kənd təsərrüfatı sahələrinin elektrik təhcizatı sistemlərini və onların qəzasız istismarının təşkili qaydalarını;
Elektrik qurğularının quruluşu və istismar qaydalarını;
Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurguların seçilməsini;
Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismari və quruluşu qaydalarını;
Dəyişən və sabit cərəyan,elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
Yükqaldırıcı kranların təhlükəsiz istismarı və quruluşu qaydalarını bilməli;
Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

Vəzifə tələbləri:

Ali  təhsil (Energetika, elektroenergetika və ya elektrotexnika üzrə);
Energetika sahəsində ən azı 5 il iş təcrübəsi;
Enerji sistemləri və elektrik avadanlıqları üzrə praktiki biliklər;
Enerji avadanlıqlarının təmiri və texniki xidməti qaydaları;
Yanacaq və enerji resurslarının sərf normalarının hesablanması;
Məsuliyyətlilik və komandada işləmək bacarığı;
Müvafiq kompüter proqramları biliyi;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komanda idarəetmə qabiliyyəti;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır.

Əlavə məlumat:
İşəgötürən: Eden Agro MMC
Struktur: Füzuli təsərrüfatı
Birbaşa rəhbər: Təsərrüfat rəhbəri
Funksional rəhbər: Texniki departamentin rəhbəri
İş yeri: Füzuli
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)


Maraqlanan şəxslər öz CV formalarını "Baş energetik" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına 16.03.2026 tarixinə qədər göndərə bilərlər.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.   

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı