close
close

Baş aqronom

Şirkət haqqında:

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

İllik fəaliyyət planlarını hazırlanmasında iştirak etmək, müəssisədə məhsul istehsalı üçün tələb olunan ilkin büdcə barədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək; 
Texnoloji xəritələrin hazırlanmasında iştirak etmək, səpindən məhsul yığımına qədər istehsal proseslərinə nəzarət etmək; 
Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması üçün təkliflər vermək;
Səpin, aqrotexniki əməliyyatlar və məhsul yığımı proseslərinin keyfiyyətlə aparılmasına nəzarət etmək;
Test əkinlərinə nəzarət, onların həyata keçirilməsi və hesabatlılığını təmin etmək; 
İstehsal prosesləri zamanı təsərrüfatların toxum, şitil, gübrə, pestisid, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarına olan ehtiyacı barədə yuxarı orqanlar qarşısında məsələ qaldırmaq;
Təsərrüfat anabarlarında olan dərman, gübrə və toxum materiallarının təsərrüfatlar arası yerdəyişmələri barədə təkliflər vermək və icrasına nəzarət etmək;
İstehsal prosesinə və suvarma sistemlərinin işinə nəzarət etmək, lazım gəldikdə texnoloji xəritələrə və suvarma qrafiklərinə düzəlişlər etmək;
Mütamadi olaraq təsərrüfatlarıda əkinçilik üzrə monitorinqlər keçirmək, problemləri aşkar etmək, rəhbərliyə hesabat formasında təqdim etmək və onların aradan qaldırılması üçün çevik addımların atılmasını təmin etmək;
Aqranom heyyətinin istehsal prosesinə hazırlığını təmin etmək, onların təlimatlandırılmasını həyata keçirmək;
Məhsul yığımının vaxtlarını müəyyən etmək, hava şəraiti və təminata uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
Məhsulun emal müəssisələrinə və ya saxlanılma məntəqələrinə daşınması üçün tələb olunan məsələləri həll etmək;
Kənd təsərrüfatı fəaliyyətinin nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq və mərkəzi ofisə təqdim etmək.


Vəzifə tələbləri:

Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə);
Magistr və ya elmi dərəcə üstünlük hesab olunur;
Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə;
Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür;
Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır;
Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər;
Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər;
Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar;
Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər;
Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.


Əlavə məlumat:

İşəgötürən: Eden Agro MMC

Struktur: Ağcabədi təsərrüfatı

Birbaşa rəhbər: Təsərrüfatı rəhbəri

Funksional rəhbər: Aqronomiya və ekspertiza departamentinin rəhbəri

İş yeri: Ağcabədi

İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

 

Maraqlanan şəxslər öz CV formalarını "Baş aqronom" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına 15.04.2026 tarixinə qədər göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.   


 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı