Formanı doldurun
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Aqrokimyavi testlərin aparılma metodunu bilməli;
Laboratoriya avadanlığını,onun işləmə prinsipləri və istismar qaydalarını;
Laboratoriya nəzarətinə dair standartları,texniki şərtləri, metodikalar və ləlimatları;
Nümunələrin götürülmə qaydasını və izlənəbilərliyini təmin etməklə nümunə götürülməsini həyata keçirmək və nümunə götürənə izah etmək;
Daxil olan nümunələrin iş təlimatlarına uyğun analizə hazırlanması;
Müvafiq metoda əsasən bitki, torpaq və su analizlərinin aparılması;
Analiz nəticələrinin əks olunduğu raport formasının yazılması;
İzlənəbilliyi təmin olunması məqsədi ilə analiz nəticələrinin prosedura uyğun qeydiyyatının aparılması;
İstifadə olunan reaktiv miqdarlarını,Reaktivlərin sərfi forumuna işlənməsi;
Öhdəliyində olan avadanlıqların sazlığının təmin edilməsi;
Laboratoriya fəaliyyətinə mənfi təsir edən halları zamanında rəhbərliyə bildirməsi;
Test nəticələrinə əsasən rekomendasiyanın verilməsi;
Reaktiv və nümunələrin tələblərə uyğun saxlanması;
İstifadə olunan reaktivlərin istifadə müddətinin nəzərətdə saxlanması;
Aqrokimyəvi xəritənin hazırlanması;
Üst rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və direktorun yazılı və şifahi tapşırıqlarını rəhbər tutmaq;
Öz işində sahib olduğu bilik və bacarıqları tədbiq etmək.
Vəzifə tələbləri:
Aqronomluq, Aqrokimya, Torpaqşünaslıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Aqrokimya və ya aqronomluq sahəsində minimum 1–3 il iş təcrübəsi (üstünlükdür);
Torpaq kimyası və torpaq analizləri üzrə biliklər;
Mineral və üzvi gübrələrin tətbiqi prinsipləri;
Bitkilərin qidalanma sistemi və qida elementləri haqqında bilik;
Bitki mühafizə vasitələri və aqrokimyəvi preparatlar barədə məlumat;
Torpaq və bitki nümunələrinin götürülməsi və analiz nəticələrinin qiymətləndirilməsi;
Aqrokimyəvi analizlərin nəticələrinin şərhi və tövsiyələrin hazırlanması;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis;
MS Office proqramlarında işləmək bacarığı.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
İş şəraiti:
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Birbaşa rəhbər: Baş laborant
İş yeri: Yevlax rayonu
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00)
Maraqlanan şəxslər öz CV formalarını "Aqrokimyaçı" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına 25.03.2026 tarixinə qədər göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı