“EDEN AGRO” MMC XVII UNEC Karyera və Əmək Yarmarkasında iştirak edib
Paylaşın “EDEN AGRO” MMC 13 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən XVII UNEC Karyera və Əmək Yarmarkasında iştirak edib.
UNEC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 124 işəgötürən iştirak edib və 830-dan çox vakansiya tələbə və məzunlara təqdim olunub.
Yarmarka çərçivəsində şirkətimiz tərəfindən müxtəlif vakansiyalar üzrə müraciətlər qəbul olunub, eyni zamanda tələbə və məzunlara fəaliyyət istiqamətlərimiz, mövcud iş və təcrübə imkanları, həmçinin işə qəbul prosesi barədə ətraflı məlumat verilib.
Foto qalereya