Birlikdə daha güclü komanda
Paylaşın 18–19 sentyabr tarixlərində əməkdaşlarımız üçün Basqal Resort & Spa-da komanda quruculuğu tədbiri təşkil olunub.
Tədbir zamanı əməkdaşlarımız müxtəlif komanda və məntiq oyunlarında iştirak edib, birlikdə əyləncəli vaxt keçiriblər. Fərqli fəaliyyətlər komanda ruhunun güclənməsinə, ünsiyyətin daha da yaxşılaşmasına və əməkdaşların bir-birini daha yaxından tanımasına imkan yaradıb.
Tədbir həm xoş vaxt keçirmək, həm də gündəlik iş mühitindən kənarda birlikdə yeni təcrübələr qazanmaq üçün gözəl fürsət olub.
Foto qalereya