close
close
Xəbərlər

Şəmkir təsərrüfatında soya səpini davam edir

Təsərrüfatımızda keçən ilki soya əkinləri təcrübəsi də nəzərə alınmaqla 100 ha sahədə soya səpini aparılmaqdadır. Səpin aprel ayının son ongünlüyünə planlaşdırılsa da, intensiv yağışlar səbəbindən may ayının 1-dən başlanılıb. Əkin 45 sm cərgəarası olmaqla əyata keçirilir. Soya əkinlərinin aparılmasında əsas məqsəd ölkənin bu bitkiyə olan təlabatının bir hissəsinin ödənilməsidir. Cari ildə arpa biçinindən sonra, təkrar soya əkinlərinin aparılması nəzərdə tutulub. Soya heyvandarlıq və quşçuluq sənayesi üçün qiymətli yem bitkisi olmaqla yanaşı, torpaqların münbitləşdirilməsi, azotla zənginləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Azərşəkər olaraq növbəti illər ərzində soya əkin sahələrinin daha da genişləndirilməsini nəzərdə tuturuq.

listFoto qalereya