“G11rand-Agro” LLC operates within “Agro Food Investments” LLC group of companies.
close
close
Xəbərlər

Şəkər çuğundurunun becərilməsi texnoloji xəritəyə uyğun davam edir

Təsərrüfatımızda şəkər çuğundurunun becərilməsi texnoloji xəritədə planlaşdırıldığı kimi davam edir. 
Şəkər çuğundurunun səpini mart ayının 10-dan başlayaraq yerinə yetirilib. Hazırda bir hektarda 109 min bitki olmaqla çıxış alınmış və aqrotexniki becərmə işləri həyata keçirilməkdədir. 
Bildiyimiz kimi, şəkər çuğunduru alaqlardan təmiz münbit torpağa əkilməlidir. İlk olaraq yazda alaqlara qarşı səpinqabağı kultivasiya etməklə mübarizə aparılsa da, səpindən sonra onların sahədə yenidən meydana çıxması baş verir. Alaqlar mədəni bitkilərə nisbətən 1.5 dəfə çox su sərf edir. Onlarda 1 qram quru maddənin əmələ gəlməsi üçün, alaqlar 50 litr su sərf edir. 
Eyni zamanda alaqlar səpinlə birgə verilmiş gübrələri daha tez qəbul edərək şəkər çuğundurunun ondan effektiv istifadəsini minimuma endirir. Məsələn, araşdırmalarla müəyyən edilmişdir ki, alaqlar bir hektardan 60 kq mineral gübrə aparır. Həmçinin bir sıra zərərvericiləri cəlb edir. Belə ki, məftil qurdları ilkin mərhələdə sürünən ayrıqla, gövdə kəpənəyi adi yovşanla, pambıq sovkası isə ambroziya və ya amarantla qidalanır. Sonradan isə, şəkər çuğunduru sahələrinə yayılır. Odur ki, inkişafının 1-ci mərhələsində şəkər çuğunduru sahələrində alaqlarla mübarizə vacib əhəmiyyət daşıyır. Alaq otları ilə mübarizədə müxtəlif hebisidlərdən istifadə olunmaqla 1-ci dərmanlama çıxışdan dərhal sonra, alaqlar sap mərhələsində olduqda, 2-ci və 3-cü dərmanlamalar isə, 10 gün intervalla həyata keçirilir. Hazırda təsərrüfatlarımızda alaqlara qarşı 3-cü dərmanlama həyata keçirilməkdədir.

listFoto qalereya

Fatal error: Uncaught yii\web\HeadersAlreadySentException: Headers already sent in /hostimul/gydwrzkn/azsf.az/vendor/yiisoft/yii2/web/Response.php on line 414. in /hostimul/gydwrzkn/azsf.az/vendor/yiisoft/yii2/web/Response.php:366 Stack trace: #0 /hostimul/gydwrzkn/azsf.az/vendor/yiisoft/yii2/web/Response.php(339): yii\web\Response->sendHeaders() #1 /hostimul/gydwrzkn/azsf.az/vendor/yiisoft/yii2/web/ErrorHandler.php(135): yii\web\Response->send() #2 /hostimul/gydwrzkn/azsf.az/vendor/yiisoft/yii2/base/ErrorHandler.php(262): yii\web\ErrorHandler->renderException(Object(yii\base\ErrorException)) #3 [internal function]: yii\base\ErrorHandler->handleFatalError() #4 {main} thrown in /hostimul/gydwrzkn/azsf.az/vendor/yiisoft/yii2/web/Response.php on line 366