close
close
Xəbərlər

"Azərşəkər" "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnikaların nümayişi" adlı müşavirədə iştirak edib

"Azərşəkər" MMC Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnikaların nümayişi" mövzusunda respublika müşavirəsində iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Şəki Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları, “Aqroservis” ASC-nin rəhbərliyi, kənd təsərrüfatı istehsal vasitələrinin idxalı və satışı ilə məşğul olan şirkətlərin rəhbərləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən iri taxılçılıq şirkətlərinin və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və 500 nəfərdən çox fermer iştirak etidiyi müşavirədə Azərşəkər MMC ən son əkinçilik texnikası olan "Mzuri" adlı əkin aqreqatının tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib.
 

 metbuat.az   icmal.az   Kənd Təsərrüfatı Nazirli

listFoto qalereya