close
close
Xəbərlər

Media nümayəndələri “Azərşəkər” MMC-yə daxil olan "Dastan Agro" Aqroparkında olublar

Media nümayəndələri “Azərşəkər” MMC-yə daxil olan "Dastan Agro" Aqroparkında olublar
Belə ki, iyunun 7-də İZİA-nın təşkilatçılığı ilə media nümayəndələrinin “Azərşəkər” şirkətinə daxil olan "Dastan Agro" Aqroparkına tanışlıq səfəri təşkil edilib. KİV nümayəndələri aqroparkda müasir texnologiyaların tətbiq edilməsi ilə yemlik, pivəlik arpa, ərzaqlıq buğda sahələrində gedən biçin işləri ilə, biçilən sahələrdə innovativ texnologiyaların tətbiq edilməsi ilə heç bir torpaq işi aparmadan qarğıdalının səpilməsi prosesləri tanış olublar.
Məlumat verilib ki, aqroparkımızın ərazisi ümumilikdə 1029 hektar təşkil edir ki, bunun 521.4 hektarında müasir suvarma sistemləri qurularaq 252,3 hektarında arpa, 269,1 hektarında buğda səpilib. Buğda sahəsinin 269,1 hektarı, arpa sahəsinin isə 222,3 hektarı pivotaltı suvarma sistemindən, 30 hektarı isə sprinkler vasitəsilə suvarılır. Aqroparkın ərazisində yetişdirilən pivəlik arpa Cənubi Qafqazda ilk olan Promalt arpa emalı zavoduna təhvil veriləcək.
Aqroparkda daimi olaraq 50 nəfər insan işlə təmin edilib. 
Qeyd edək ki, aqroparkımızda əkin və səpin işlərində müasir texnologiyalardan istifadə edilir. Belə ki, əkin prosesində Mzuri və Horsch Pronto texnikalarından, taxıl biçinində isə Almaniya istehsalı Fendt və Amerika istehsalı John Deere kombaynlarından istifadə edilir. Qeyd edək ki, Fendt kombayınından ölkəmizdə ilk dəfə olaraq bu aqroparkın ərazisində aparılan taxıl biçinində istifadə edilir.

listFoto qalereya