close
close
Xəbərlər

Fransalı mütəxəssis Phillip Tebaay ilə birlikdə texnikalara baxış keçirilib

27-30 yanvar tarixlərində Azərşəkər MMC-nin Şəmkir təsərrüfatında fransalı mütəxəssis Phillip Tebaay ilə birlikdə texnikalara baxış keçirilib. Səfərin məqsədi ərazidə dəqiq əkinçilik sisteminin tətbiqi ilə əlaqədar kənd təsərrüfatı işlərində istifadə olunan texnikalarda RTK sisteminin quraşdırılması imkanlarının araşdırılmasıdır. RTK (Real-time kinematic) sistemi dəqiq əkinçilik sisteminin ayrılmaz hissəsidir və təcrübələr göstəriri ki, bu sistemin tətbiqi ilə sahələrdə torpaq işlərini (torpağın işlənməsi, səpin, becərmə və s) 2-5 sm dəqiqlikdə həyata keçirmək mümkündür. Xüsusilə cərgəarası becərilən bitkilər (şəkər çuğunduru, soya, qarğıdalı və s.) üçün bu sistemin tətbiqi olduqca əhəmiyyətlidir. RTK tətbiqi yanacağa, bitki mühafizə vasitələrinə, gübrəyə qənaət etməyə imkan verir, həyata keçirilən işlərdə insan faktorunu minimuma endirir. Dəqiq əkinçilik sistemlərinin istifadəsi zamanı kənd təsərrüfatı işlərinin tətbiqində işlərin rentabelliyi orta hesabla 10-25% artır. RTK insan faktoru ilə işlərin üst-üstə düşməsinin azaldılması və texnologiyanın daha optimal istifadəsinə imkan verir.Bundan başqa əməkdaşlarımız fransalı mütəxəssisə RTK quraşdırılacaq ərazinin mövcud vəziyyəti, ərazidə planlaşdırılan kənd təsərrüfatı fəaliyyətləri və şirkətin istifadəsində olan texnikalarla bağlı məlumat veriblər.

listFoto qalereya