close
close
Xəbərlər

"EDEN AGRO" MMC “Gələcəyin karyerası” mövzusunda regional tədbirdə iştirak edib

"EDEN AGRO" MMC Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Gələcəyin karyerası” mövzusunda regional tədbirdə iştirak edib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbir çərçivəsində keçirilən “İlk işə doğru: karyera imkanları və əmək bazarının tələbləri” adlı panel sessiyasında "EDEN AGRO" MMC-nin departament müdiri Anar Qədirov çıxış edib. O, tələbələrlə müasir əmək bazarının tələbləri, mövcud karyera imkanları və işə qəbul prosesi barədə fikirlərini bölüşərək onlara faydalı tövsiyələr verib.

listFoto qalereya