Eden Agro MMC ISO 9001:2015 sertifikatını əldə edib
Paylaşın Eden Agro MMC ISO 9001:2015 beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə keçirilən auditi uğurla tamamlayaraq müvafiq sertifikat əldə edib.
Bu nailiyyət şirkətin fəaliyyətində keyfiyyətin təmin edilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunluğun qorunması istiqamətində həyata keçirdiyi işlərin nəticəsidir.
Eden Agro MMC bundan sonra da fəaliyyətində yüksək keyfiyyət prinsiplərinə əsaslanaraq davamlı inkişafı hədəfləyir.