“Eden Agro” MMC əmək yarmarkasında iştirak edib
Paylaşın “Azərşəkər” MMC-nin törəmə şirkəti “Eden Agro” MMC 13 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialı tərəfindən təşkil edilən əmək yarmarkasında iştirak edib. Tədbir çərçivəsində şirkət tərəfindən müxtəlif vakansiyalar üzrə müraciətlər qəbul olunub və iştirakçılara “Eden Agro” MMC-nin fəaliyyəti, karyera imkanları və işə qəbul prosesi barədə ətraflı məlumat təqdim edilib.