close
close
Xəbərlər

“EDEN AGRO” MMC ADAU-da keçirilən 18-ci Karyera Sərgisində iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə 18-ci Karyera Sərgisi keçirilib. 100-ə yaxın şirkət və müəssisənin iştirak etdiyi, 900-dən çox vakansiyanın təqdim olunduğu sərgidə “EDEN AGRO” MMC şirkəti də təmsil olunub.

 

Şirkətimizin nümayəndələri sərgi iştirakçılarına “EDEN AGRO” MMC-də mövcud vakansiyalar, təcrübə proqramları və karyera inkişafı imkanları barədə ətraflı məlumat verib, tələbə və məzunların suallarını cavablandırıblar.

 

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov karyera sərgilərinin universitetlə əmək bazarı arasında mühüm əlaqələndirici platforma olduğunu vurğulayaraq, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Karyera sərgisi çərçivəsində tələbə və məzunlar müxtəlif sahələri təmsil edən şirkətlərin stendləri ilə tanış olub, işəgötürənlərlə görüşlər keçirərək vakansiyalar, təcrübə proqramları və gələcək əməkdaşlıq imkanları barədə məlumat əldə ediblər.

listFoto qalereya