EDEN Rise – inkişaf və öyrənmə yolunda birlikdə!
Paylaşın Əməkdaşlarımızın peşəkar və şəxsi bacarıqlarının inkişafını dəstəkləmək, gündəlik iş fəaliyyətində daha effektiv, təşəbbüskar və nəticəyönümlü yanaşmaları gücləndirmək məqsədilə EDEN Rise inkişaf proqramını həyata keçirdik.
Beynəlxalq təlim və inkişaf şirkəti DEVELOR ilə əməkdaşlıq çərçivəsində təşkil olunan proqram müddətində əməkdaşlarımız praktik çalışmalar, real iş situasiyaları və interaktiv metodologiya əsasında yeni bilik və yanaşmalar qazandılar.
İnanırıq ki, EDEN Rise əməkdaşlarımızın potensialını daha da gücləndirəcək və əldə olunan biliklərin gündəlik iş fəaliyyətinə tətbiqi yeni uğurlara yol açacaq.
Foto qalereya