Azərşəkərdə rəngarəng bir gün
Paylaşın Azərşəkər MMC olaraq, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əməkdaşlarımızın övladlarını ofisimizdə qonaq etdik.
Bu xüsusi gündə ofisimiz uşaqların sevinc dolu gülüşləri və rəngarəng enerjisi ilə canlandı. Balacalar üçün maraqlı oyunlar, əyləncəli fəaliyyətlər və müxtəlif interaktiv proqramlar təşkil edildi. Gün ərzində balacalar həm xoş vaxt keçirdilər, həm də valideynlərinin iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
Səmimi və yaddaqalan anlarla dolu bu tədbir həm uşaqlara sevinc bəxş etdi, həm də kollektivimiz üçün xoş xatirələr yaratdı.
Uşaqların hər zaman sevgi, qayğı və xoşbəxtlik içində böyümələrini arzulayırıq.