“Azərşəkər” MMC-nin aqronom heyəti üçün “Kommunikasiya və Biznes Etiket” mövzusunda təlim keçirilib
“Azərşəkər” MMC-də aqronom heyətin peşəkar inkişafına dəstək məqsədilə “Kommunikasiya və Biznes Etiket” mövzusunda maarifləndirici sessiya təşkil olunub. Təlimin əsas məqsədi əməkdaşların iş prosesində qarşılıqlı anlaşmanı gücləndirmək, həmçinin peşəkar davranış standartlarını gündəlik fəaliyyətə tətbiq etmək olub.
Təlimdə iştirakçılar ünsiyyət zamanı düzgün yanaşma formaları, işgüzar etik qaydaların əməkdaşlıq mühitinə təsiri, görüş və yazışmalarda peşəkar davranış prinsipləri barədə praktiki biliklər əldə ediblər.
Sessiya interaktiv formada təşkil olunub, iştirakçılar qrup müzakirələri və praktiki tapşırıqlar vasitəsilə yeni biliklərini möhkəmləndiriblər.