Azərşəkər nümayəndələri Qabaqcıl Liderlik İnkişaf Proqramı çərçivəsində keçirilən dəyirmi masa müzakirələrində iştirak ediblər
Paylaşın Mayın 19-da ADA Universitetinin Qabaqcıl Liderlik İnkişaf Proqramı (QLİP) çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iştirakı ilə keçirilən dəyirmi masa müzakirəsində “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə, İdarə Heyətinin üzvləri Cavid Abdullayev və Vüqar Ağayev iştirak ediblər.
Sessiya Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynovun kənd təsərrüfatı sektorunda investisiya imkanları və əməkdaşlıq perspektivlərinə dair təqdimatı ilə başlayıb.
37 rəhbər və biznes mütəxəssisini bir araya gətirən sessiyada Dövlət-Özəl Tərəfdaşlığı, strateji inkişaf və Azərbaycanın aqrar sənayesinin gələcək potensialı ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Tədbirdə nazir Məcnun Məmmədov aqrobiznes, investisiya və strateji idarəetmə sahəsindəki geniş təcrübəsini bölüşərək iştirakçıların suallarını cavablandırıb.
“Azərşəkər” MMC olaraq, dövlət və özəl sektor arasında strateji dialoqun gücləndirilməsini, aqrar sənayedə innovativ yanaşmaların təşviqini və dayanıqlı inkişaf istiqamətində əməkdaşlığın genişləndirilməsini mühüm prioritet hesab edirik.
Foto qalereya