close
close
Xəbərlər

 “Azərşəkər” MMC və “MKT İstehsalat Kommersiya” MMC arasında memorandum imzalanıb

“MKT İstehsalat Kommersiya” MMC ilə “Azərşəkər” MMC arasında pambıq əkinlərində müasir yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində memorandum imzalanıb.

İlkin olaraq, “MKT İK” MMC-nin fəaliyyət gösdərdiyi 15 rayonda 267 fermeri əhatə edəcək yeni layihədə toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlər Azərşəkər şirkətinin tərkibində olan Agrolab kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik yanaşmaları ilə həyata keçiriləcək.

Əməkdaşlığa əsasən, Agrolab tərəfindən fermerlər üçün təlimlər təşkil ediləcək, pambıq bitkisinin becərilmə prosesində kompleks laborator analizlər icra edilərək düzgün aqrotexniki qulluğun yerinə yetirilməsi üçün tövsiyələr veriləcək.

Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz" kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti ilə “Azərşəkər” şirkətinin tərkibində 2017-ci ildə Yevlax rayonunda yaradılmışdır. “Agrolab” kənd təsərrüfatı laboratoriyası müasir əkinçilik təsərrüfatlarının yaradılması, düzgün və yeni yanaşmalarla inkişaf etdirilməsi üçün xidmətinizdədir.

Laboratoriyamızda torpağın, toxumun, bitkinin, suyun uyğun olaraq aqrokimyəvi, mikrobioloji və fitopatoloji analizləri ən yeni texnologiyalarla aparılır. İcra olunan analizlər və gündəlik işlərin təşkili “Agro Analiz” kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılmaqdadır.

Mütəxəssislərimiz tərəfindən analiz nəticələrinin düzgün emalı və yüksək keyfiyyətli təhlili sizə imkan verir ki, əkinçilik və ya bitkiçilik fəaliyyəti ilə məşğul olduğunuz sahələrin torpaq tərkibində, suvarma sularında və becərilən bitkilərdə olan problemləri qısa zamanda müəyyən edib, aradan qaldırılması üçün operativ və düzgün həll yolları haqqında məlumat əldə edəsiniz.


 
listFoto qalereya