close
close
Xəbərlər

“Azərşəkər” MMC-nin əməkdaşları üçün “Growth Mindset” mövzusunda təlim keçirilib

22 may 2026-cı il tarixində ADA Universitetində “Azərşəkər” MMC-nin rəhbər vəzifələrdə çalışan əməkdaşları üçün “Growth Mindset” (“İnkişaf yönümlü düşüncə”) mövzusunda təlim keçirilib. Təlimin məqsədi rəhbərlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilat daxilində öyrənmə mədəniyyətinin gücləndirilməsi və dəyişikliklərə daha çevik yanaşmanın formalaşdırılması olub.

 

Təlim zamanı iştirakçılar inkişaf yönümlü düşüncə tərzinin formalaşdırılması, liderlik bacarıqlarının təkmilləşdirilməsi, dəyişikliklərə adaptasiya və təşkilati inkişafın dəstəklənməsi istiqamətində bilik və praktiki təcrübələr əldə ediblər.

 

Bu kimi təlimlər əməkdaşlarımızın davamlı öyrənmə və inkişaf imkanlarının genişləndirilməsinə dəstək olur.