close
close
Xəbərlər

Azərşəkər MMC 15-ci Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edib

 

Azərşəkər MMC 15-ci Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edib 18-20 May tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi keçirilib. Dünyanın 24 ölkəsini təmsil edən 450-ə yaxın şirkəti bir araya gətirən sərgidə “Azərşəkər” şirkəti də iştirak edib. Azərşəkər MMC ən son texnologiyalardan istifadə etməklə, Azərbaycanın müxtəlif regionlarında əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyət göstərir. Şirkət kənd təsərrrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 3 gün ərzində davam edən sərgidə “Azərşəkər”, “Dastan Agro” və “Agrolab” olaraq kənd təsərrüfatında tətbiq etdiyimiz ən son suvarma və əkinçilik texnologiyalarını, hazırda qurulmaqda olan innovativ heyvandarlıq kompeksini və müasir tələblərə cavab verən laboratoriya xidmətlərimizi təqdim edib.

Əlavə olaraq, stendimizə yaxınlaşan ziyarətçilər “Carlsberg Azerbaijan” şirkəti ilə əməkdaşlığımızın nəticəsi olaraq ilk dəfə yetişdirdiyimiz yerli arpadan hazırlanan pivəni dadıb. Sərgi çərçivəsində “Azərşəkər” MMC və “Gilan Pivot” arasında ölkəmizdə kənd təsərrüfatının inkişafı və əkinçilikdə müasir suvarma texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

AzərŞəkər MMC - 2017-ci ildə təsis edilmişdir, ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cari əkin mövsümündə Şəmkir və Yevlax rayonlarında müasir suvarma təminatlı təsərrüfatlarımızda 4000 hektar sahədə, ümumilikdə isə 4751 hektar sahədə taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2022-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam rayonlarında, toplam 4654 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 65 milyon manata yaxın vəsait yatıracaqdır. Hal-hazırda şirkətdə 280 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır. 2019-cu ildən şirkətin nəzdində “AgroLab” müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir.

listFoto qalereya