close
close
Xəbərlər

Azərşəkər Bilik Günü münasibəti ilə birinciləri sevindirdi

Bilik Günü münasibəti ilə Azərşəkər olaraq Korporativ Sosial Məsuliyyət çərçivəsində fəaliyyət göstərdiyimiz bölgəyə yaxın ərazidə Füzuli rayonu Qayıdış qəsəbə 7 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdlərini sevindirdik. Birincilərimizin məktəb həyatına ilk addımlarını daha rahat və uğurlu atmalarına dəstək olmaq məqsədilə onlara məktəb çantaları və dərs ləvazimatları təqdim etdik.

 

Məktəb rəhbərliyi göstərilən diqqətə görə şirkətimizə təşəkkürünü bildirdi. Azərşəkər əməkdaşları isə şagirdləri Bilik Günü münasibətilə təbrik edərək, onlara uğurlu gələcək arzuladılar.

 

Azərşəkər olaraq inanırıq ki, uşaqların təhsilinə dəstək gələcəyimizə edilən ən dəyərli sərmayədir.

 

 

listFoto qalereya