"Strip till” texnologiyasının tətbiqi barədə şirkətimizin əməkdaşı İlkin Həsənovun müsahibəsi
Ölkəmizdə ilk dəfə tətbiq edilməyə başlayan "Strip till” texnologiyasının istifadəsinin üstünlükləri barədə şirkətimizin Aqronomu İlkin bəyin müsahibəsini təqdim edirik.
Qeyd edək ki, Polşa istehsalı olan Mzuri texnikası ilk dəfə olaraq 1 neçə rayonda təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.